ABŞ, Danimarka və Qrenlandiya arasında təhlükəsizlik razılaşması imzalanıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, sənəd Nyu-Yorkda imzalanıb.
Razılaşma Qrenlandiyanın təhlükəsizliyinə dair yeni çərçivə müəyyən edir.Sənədə ABŞ Prezidenti Donald Tramp, Danimarka Baş naziri Mette Frederiksen və Qrenlandiya Baş naziri Yens-Frederik Nielsen imza atıb. Sazişə əsasən, Arktika bölgəsinin təhlükəsizliyində NATO-nun əsas rol oynaması nəzərdə tutulur.
//Nəzər.Media
