Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda üçtərəfli toplantıya ev sahibliyi edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilib.
Toplantıda Suriya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri də iştirak edib. Görüşdə üç ölkə arasındakı məsələlər müzakirə olunub. Tərəflər regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
//Nəzər.Media
