• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Hadisə

8 aylıq hamiləni yarıyolda düşürdən sürücü cəzalandırıldı-FOTOLAR

06 Avqust, 26 / 19:02
A A
8 aylıq hamiləni yarıyolda düşürdən sürücü cəzalandırıldı-FOTOLAR

Bakıda taksi sürücüsünün aqressiv davranışı sərnişinlərin narazılığına səbəb olub.

Nəzər.Media Baku.ws-ə istinadən xəbər verir ki, onlar sifariş edən zaman üç ünvan əlavə ediblər. Marşrut metronun “Koroğlu” stansiyası, Bakıxanov qəsəbəsini və son olaraq Zığ ərazisini əhatə edib.

“Koroğlu” stansiyası yaxınlığında, “Piramida” adlanan ərazidə sərnişinlərdən biri avtomobildən düşdükdən sonra sürücü digər sərnişinlərdən də avtomobili tərk etmələrini tələb edib.

İddia olunur ki, sürücü “Mən üç dayanacağa gedə bilmərəm” deyərək sifarişi davam etdirməkdən imtina edib. Digər sərnişinlər isə marşrutun tətbiqdə əvvəlcədən göstərildiyini xatırladaraq, sifarişi son ünvana qədər yerinə yetirməsini tələb ediblər.

Şikayətçinin iddiasına əsasən, bundan sonra sürücü aqressiv davranış sərgiləyib, avtomobili yüksək sürətlə idarə edərək qəza şəraiti yaradıb və sərnişinləri ölümlə hədələyib. Bildirilir ki, o, “Sizi cəhənnəmə aparacağam” ifadəsini işlədib.

Hadisə zamanı avtomobildə olan sərnişinlərdən birinin 8 aylıq hamilə olduğu qeyd edilir. İddiaya görə, sürücü onları “Koroğlu”da düşürərək hadisə yerindən uzaqlaşıb. Yaşadığı güclü qorxu və stres nəticəsində hamilə qadının səhhəti pisləşib.

Xanım vurğulayıb ki, hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə şikayət ünvanlanıb. O iddia edir ki, həmin sürücünün daha öncə Rusiyada qəsdən cinayətə təşəbbüs göstərdiyi üçün həbs edildiyini öyrənib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, həmin taksi sürücüsünün və nəqliyyat vasitəsinin taksi fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Qeyd olunub ki, taksi ilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür:

“Sözügedən məsələ ilə bağlı da artıq həmin nəqliyyat vasitəsinin və sürücünün taksi fəaliyyətinə məhdudiyyət tətbiq edilib. Taksi fəaliyyətinə dair icazələr verilərkən qanunvericilikdə məhkumluğa dair sənədin istənilməsi ilə bağlı hər hansı tələb yoxdur. Xatırladaq ki, sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur”, – deyə məlumatda vurğulanıb.

Previous Post

Azərbaycanda əhalinin yarısı bundan əziyyət çəkir

Next Post

Tiktoker “Bəniz”ə hökm oxundu

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.