
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Kəpəz”-“Neftçi” oyunu başa çatdı. Gərgin keçən matç 1:3 “Neftçi”nin xeyrinə sonlandı.
xxxx
Oyunun 72-ci dəqiqəsində “Kəpəz” azqlıqda qaldı.Komandanın heyətində Məqsəd İsayev qırmızı vərəqə alaraq meydandan qovuldu-“Kəpəz”-“Neftçi”-1:3
xxxx
“Kəpəz”-“Neftçi” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Neftçi” 1:3 hesabı ilə irəlidədir.
xxxx
Oyunun 40-cı dəqiqəsində Emin Mahmudov “Neftçi”nin üçüncü topuna imza atdı-“Kəpəz”-“Neftçi”-1:3
xxxx
Oyunun 38-ci dəqiqəsində Bassala Sambu dubl edərək özünün və “Neftçi”nin ikinci topuna imza ataraq “Neftçi”ni yenidən hesabda önə keçirdi.-“Kəpəz”-“Neftçi”-1:2
xxxx
Oyunun 35-ci dəqiqəsində “Kəpəz” penaltidən Rauf Hüseyinlinin qolu ilə hesabı bərabərləşdirdi-“Kəpəz”-“Neftçi”-1:1
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Neftçi”n qəbul edir. “Sarı göylər”lə “ağ-qaralar”ın oyununu Əli Əliyev idarə edir. Artıq oyunun 27-ci dəqiqəsində “Neftçi” Bassala Sambunun qolu ilə hesabı açdı-“Kəpəz”-“Neftçi”-0:1
Bu gün daha bir qarşılaşma baş tutacaq
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “kimyaçılar”ın oyununu Elçin Məsiyev idarə edəcək.
Turun sonuncu görüşləri Bazar ertəsi keçiriləcək. Bazar ertəsi iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Şirlər”lə “boz qurd”un matçını Tural Qurbanov idarə edəcək.
Günün və turun sonuncu oyununda “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Qırmızı qaralar”la “bayquşlar”ın matçını Rauf Cabarov idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna dünən start verilmişdi. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün və turun açılış oyununda “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“İmişli”-“Qarabağ”-0:0. Oyunun 72-ci dəqiqəsində “Qarabağ” azlıqda qaldı. Komandanın heyətində Kadi Borges vərəqə alaraq meydandan qovulub-“İmişli”-“Qarabağ”-0:0.Oyunun 79-cu dəqiqəsində “Qarabağ” Musa Qurbanlının qolu ilə hesabı açıb-“İmişli”-“Qarabağ”-0:1. Oyunun 84-cü dəqiqəsində “İmişli” azlıqda da qalıb. Komandanın heyətində Dioqo Almediya ikinci sarı vərəqəni alaraq meydandan qovulub-“İmişli”-“Qarabağ”-0:0. Bu oyunda yadda qalan son hadisə oldu və “Qarabağ” matçdan 0:1 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun dəqiqəsində “Zirə” qolu ilə hesabı açıb- “Zirə”-“Karvan-Yevlax”-1:0. İlk hissə “Zirə”nin 1:0 üstünlüyü ilə başa çatıb. Görüşün ikinci hissəsində qol olmadı ilk hissənin nəticəsi oyunun nəticəsi oldu- “Zirə”-“Karvan-Yevlax”-1:0.
