Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Araz-Naxçıvan”-“Sumqayıt” oyunu başa çatdı. Gərgin keçən matçda “Araz-Naxçıvan”-1:0 qalib gəldi.
xxxx
Oyunun 74-ci dəqiqəsində “Sumqayıt” azqlıqda qaldı.Komandanın heyətində Aleksandr Ramalinqom qırmızı vərəqə alaraq meydandan qovuldu-“Araz-Naxçıvan”-“Sumqayıt”-1:0
xxxx
“Araz-Naxçıvan”-“Sumqayıt” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Araz-Naxçıvan” 1:0 hesabda irəlidədir.
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edir. Muxtar Respublika təmsilçisi ilə “kimyaçılar”ın oyununu Elçin Məsiyev idarə edir. Artıq oyunun 45+5-ci dəqiqəsində “Araz-Naxçıvan” Ramon Maçadonun penaltidən qolu ilə hesabı açdı-“Araz-Naxçıvan”-“Sumqayıt”-1:0
Turun sonuncu görüşləri Bazar ertəsi keçiriləcək. Bazar ertəsi iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Şirlər”lə “boz qurd”un matçını Tural Qurbanov idarə edəcək.
Günün və turun sonuncu oyununda “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Qırmızı qaralar”la “bayquşlar”ın matçını Rauf Cabarov idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna dünən start verilmişdi. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün və turun açılış oyununda “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“İmişli”-“Qarabağ”-0:0. Oyunun 72-ci dəqiqəsində “Qarabağ” azlıqda qaldı. Komandanın heyətində Kadi Borges vərəqə alaraq meydandan qovulub-“İmişli”-“Qarabağ”-0:0.Oyunun 79-cu dəqiqəsində “Qarabağ” Musa Qurbanlının qolu ilə hesabı açıb-“İmişli”-“Qarabağ”-0:1. Oyunun 84-cü dəqiqəsində “İmişli” azlıqda da qalıb. Komandanın heyətində Dioqo Almediya ikinci sarı vərəqəni alaraq meydandan qovulub-“İmişli”-“Qarabağ”-0:0. Bu oyunda yadda qalan son hadisə oldu və “Qarabağ” matçdan 0:1 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun dəqiqəsində “Zirə” qolu ilə hesabı açıb- “Zirə”-“Karvan-Yevlax”-1:0. İlk hissə “Zirə”nin 1:0 üstünlüyü ilə başa çatıb. Görüşün ikinci hissəsində qol olmadı ilk hissənin nəticəsi oyunun nəticəsi oldu- “Zirə”-“Karvan-Yevlax”-1:0.
Bu gün bir qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Neftçi”n qəbul edib. Artıq oyunun 27-ci dəqiqəsində “Neftçi” Bassala Sambunun qolu ilə hesabı açdı-“Kəpəz”-“Neftçi”-0:1. Oyunun 35-ci dəqiqəsində “Kəpəz” penaltidən Rauf Hüseyinlinin qolu ilə hesabı bərabərləşdirib-“Kəpəz”-“Neftçi”-1:1. Oyunun 38-ci dəqiqəsində Bassala Sambu dubl edərək özünün və “Neftçi”nin ikinci topuna imza ataraq “Neftçi”ni yenidən hesabda önə keçirib.-“Kəpəz”-“Neftçi”-1:2. Oyunun 40-cı dəqiqəsində Emin Mahmudov “Neftçi”nin üçüncü topuna imza atıb-“Kəpəz”-“Neftçi”-1:3. İlk hissə “Neftçi”nin 1:3 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun 72-ci dəqiqəsində “Kəpəz” azqlıqda qalıb.Komandanın heyətində Məqsəd İsayev qırmızı vərəqə alaraq meydandan qovulub-“Kəpəz”-“Neftçi”-1:3. Bu oyunda yadda qalan son hadisə olub və “Neftçi” matçda 1:3 qalib ayrılıb.
