
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin qaldığı hotelə bir qrup anti-Azərbaycan ünsürlərinin hücumu baş verib. Ancaq hücum Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşlarının və ABŞ polisinin müdaxiləsi ilə zərərsizləşdirilib. Son günlərdə Azərbaycan Prezidenti və onun ailəsinin hədəf seçilməsi heç də təsadüfü və fərdi deyil. Bu hücumların sistemli bir şəkildə bir nöqtədən idarə olunduqları hiss olunur. Azərbaycan dövlətinin əsas qoruyucusu olan ölkə Prezidentinin hədəf seçilməsi isə Prezidentimizin çox şaxəli, balanslaşdırılmış siyasət aparmasının bir çoxlarının xüsusi ilə də Şimal qonşularımızın heç də ürəyincə olmamasından xəbər verir. İllərdi Azərbaycan bayrağı altında Rusiya sədaqətlə xidmət edən Ramiz Mehdiyevin ifşa edilərək həbs edilməsindən sonra onun özünün yaratdığı saxta Qərbyönümlülər Şimaldan gələn sifarişlə Azərbaycan dövlətinə onu təcüssüm etdirən və yeganə təmsilçisi Prezidentinə qarşı təxtibarlara başlayıb.
Bu təxtibarların fonunda süni intellektdən, müasir texnologiyalardan da aktiv şəkildə istifadə edilir.
Bəs niyə Azərbaycan Prezidenti hədəf alınıb ?
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
Təkcə Konstitusiyamızda yazılmış bu bəndlər və Cənab Prezidentimiz İlham Əliyevin dövlətini, xalqını sevərək bu maddələri vicanla həyata keçirməsi anti-Azərbaycan ünsrlərini Azərbaycanı yıxmaq üçün ilk hədəflərini cənab Prezidentdən başlaması heç də təsadüfü deyil.
Ancaq xalqımız mənfi ilə müsbəti ayrd edə biləcək intellektual səviyyəyə malikdir. Onlar heç vaxt Şimaldan, erməni lobbisi tərəfindən maliyyələşən fondlardan qidalanan ünsürlərə inanmayacaq qədər dünya görüşünə malikdir. Hər bir vətənini, dövlətini və xalqını sevən Azərbaycanlı sona qədər bu kimi təxribatların fonunda dövlətinin və onun Konstitusiyamıza əsasən yeganə təmsilçisinin yanındadır. Qoy təxribatçılar və onların xarici havadarları qorxsun. Çünki bizim sayımız çoxdur. Bizim sayımız biz xalmızdır. Təkcə bizim gücümüz bizim sayımız deyil. Bizim gücümüz bizim inamımızdır. Bizim gücümüzün sirri vətənə, dövlətə, millətə və Azərbaycanımızı Konstitusiyamızla təmsil edən yegənə şəxs olan cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevə olan sevgimizdir. Ölkə başçımıza onun xalqımızın rifahı və dövlətimizin gələcəyi üçün görəcəyi işlərə inamımız sarsılmazdır.
//Nəzərbəy Hacıağayev, siyasi şərhçi
