
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Rusiya ötən gecə Ukraynanın səkkiz bölgəsinə zərbələr endirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski verib.
Prezident bildirib ki, Rusiya tərəfi hücum zamanı 420 pilotsuz uçuş aparatında və onlarla raketdən istifadə Hücum nəticəsində yaşayış evləri və infrastruktur obyektləri zədələnib.
Hücumların əsas hədəfi enerji infrastrukturu olub. Poltava vilayətində qaz obyektləri, Kiyev və Dnipro bölgələrində isə elektrik yarımstansiyaları vurulub.
Zelenski qeyd edib ki, raketlərin əksəriyyəti müttəfiqlərin verdiyi hava hücumundan müdafiə sistemləri sayəsində zərərsizləşdirilib. O, əlavə hava müdafiə vasitələrinə ehtiyacın davam etdiyini vurğulayıb.
//Nəzər.Media
