
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskiyə açıq məktub ünvanlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, o, Zelenskini Brüssel və Macarıstan müxalifəti ilə əməkdaşlıqda ittiham edib və Budapeşti müharibəyə cəlb etməyə çalışdığını bildirib.
Orban, “Drujba” (Dostluq) neft kəmərinin bağlanmasının Macarıstanın enerji təhlükəsizliyinə zərbə vurduğunu vurğulayıb. Onun sözlərinə görə, bu addım macar ailələrinin ucuz və sabit enerji təminatını risk altına salır.
Baş nazir Zelenskini kəməri dərhal açmağa və Macarıstana daha çox hörmət göstərməyə çağırıb.
//Nəzər.Media
