Chelseanin yarımmüdafiəçisi Enzo Fernandes baş məşqçi Liam Rosenior tərəfindən heyətdən çıxarılıb. Nəzər.Media İngiltərənin Goal saytına istinadən xəbər verir ki, buna səbəb futbolçunun “Real Madrid” ilə bağlı açıqlamaları göstərilir.
Fernandes son oyunlarda kapitan sarğısını daşısa da, gözləntiləri doğrulda bilməyib. PSJ-yə qarşı ağır məğlubiyyətdən sonra verdiyi açıqlamalar komandada narazılıq yaradıb. Mətbuat onun komanda yoldaşları ilə münasibətlərinin də gərgin olduğunu yazır. Məşqçi bildirib ki, futbolçu intizam qaydalarını pozub və cəzalandırılıb.
//Nəzər.Media
