Nikol Paşinyan Qarabağ məsələsi ilə bağlı diqqətçəkən açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, o bildirib ki, keçmiş müzakirələr geridə qalmalı və bu mövzu artıq bağlanır.
Paşinyanın sözlərinə görə, yalnız bu yanaşma ilə regionda davamlı sülh mümkün ola bilər.
Ermənistan rəhbəri sülhün möhkəmlənməsi üçün konkret mexanizmlərin vacibliyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan ilə əlaqələrin normallaşması istiqamətində addımlar davam edir. Paşinyan bu çərçivədə Naxçıvanla əlaqəni təmin edəcək “Tramp marşrutu” layihəsinin də önəmli rol oynayacağı bildirilib.
Paşinyan həmçinin iqtisadi və humanitar əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunub. Onun fikrincə, biznes, cəmiyyət və siyasi dialoq sülhü gücləndirən əsas amillərdir.
Baş nazir əlavə edib ki, Rusiya ilə münasibətlər də yeni mərhələyə uyğun şəkildə yenidən qurulmalıdır. O, regionda münaqişə dövrünün başa çatdığını və artıq yeni reallıqların formalaşdığını vurğulayıb.
//Nəzər.Media
