Donald Trump İranın nüvə obyektlərinə zərbələrlə bağlı yeni açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, o bildirib ki, “Gecə Yarısı Çəkici” əməliyyatı nəticəsində bütün hədəflər məhv edilib.
Trampın sözlərinə görə, İran ərazisindəki zənginləşdirilmiş uranın çıxarılması uzun və çətin proses olacaq. O, bu prosesin vaxt aparacağını xüsusi vurğulayıb.
ABŞ lideri həmçinin bəzi media qurumlarını, o cümlədən CNN-i tənqid edib. Tramp iddia edib ki, əməliyyatda iştirak edən şəxslər kifayət qədər qiymətləndirilməyib.
Qeyd edək ki, əməliyyat çərçivəsində Natanz, Fordo və İsfahan şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirilmişdi. Buna baxmayaraq, bəzi ilkin hesabatlarda proqramın tam məhv edilmədiyi bildirilib.
//Nəzər.Media
