Avropa İttifaqının yeni rəqəmsal sərhəd sistemi qüvvəyə minib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ancaq buna baxmayaraq Yunanıstan tərəfi Aİ-nin qanunları çərçivəsindən kənar qərarlar qəbul edib.
Afina hökuməti yay mövsümündə ingilis pasportu daşıyanları biometrik qeydiyyatdan azad edib. Ancaq bu qərar Aİ-tərəfindən narazıçılıqla qarşılanıb. Avropa Komissiyası bu qərarın bütün ölkələrə şamil edilməsini bildirib. Amma Yunanıstan ölkəyə İngiltərədən gələn turist axının qarşısını almamaq üçün bu qərarda israrlıdır.
//Nəzər.Media
