Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Tekirdağda baş verib.
Qəza zamanı sərxoş sürücünün idarə etdiyi avtomobil səkiyə çırpılıb. Zərbənin təsirindən avtomobil aşıb. Qəza zamanı 1 nəfər yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
