İndoneziyada qatar qəzası baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Yava bölgəsində baş verib.
Hadisə zamanı iki qatar toqquşub. Qəza zamanı 14 nəfər ölüb. Qəza 84 nəfərin yaralanmasına səbəb olub. Qəza zamanı yaralananlar dərhal xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırmalar davam edir.
//Nəzər.Media
