Qəzza planının həyata keçməsi üçün “Hamas” mütləq silahsızlanmalıdır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio bildirib
Onun sözlərinə görə, bu baş vermədən planın gələcəyi qeyri-müəyyən qalır. Rubio yaxın günlərdə bu istiqamətdə müəyyən ümidverici siqnalların gəldiyini də qeyd edib.
“Hamas” isə silahsızlanma tələbinin atəşkəs razılaşmasına zidd olduğunu bildirir. Hərəkatın sözçüsü Hazım Kasım İsraili uzlaşmaz mövqe tutmaqda ittiham edib.
Qeyd edək ki, Qəzzada atəşkəs tez-tez pozulur və bölgədə itkilər artmaqda davam edir.
//Nəzər.Media
