Kolumbiyada terror aktında əsas şübhəlilərdən sayılan “Mi Pez” ləqəbli Xose Aleks Visanto saxlanılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ordunun və polisin birgə əməliyyatı sayəsində saxlanılıb.
Kolumbiya prezidenti Qustavo Petro ölkədə baş verən terror hücumları ilə bağlı mühüm həbsi təsdiqləyib.Rəsmilər onun onlarla silahlı və qanlı hadisədə iştirak etdiyini bildirir.
Müdafiə Nazirliyi “Mi Pez”in yüzlərlə üzvü olan silahlı şəbəkəyə rəhbərlik etdiyini açıqlayıb.
Qeyd edək ki, Ölkədə son hücumlarda çoxsaylı ölüm və yaralanmalar qeydə alınmışdı.
//Nəzər.Media
