Nyu-Yorkda elektriklə işləyən hava taksiləri sınaq uçuşlarına başlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, “Joby Aviation” şirkətinin eVTOL tipli uçuş aparatları şəhərdə ilk testləri həyata keçirib.
Bu yeni nəqliyyat vasitələri Manhattan ilə JFK hava limanı arasındakı yolu təxminən 10 dəqiqəyə endirə bilər. Səssiz və sıfır emissiyalı sistem şəhər içi nəqliyyatı köklü şəkildə dəyişdirməyi hədəfləyir. Layihə uğurlu olarsa, böyük şəhərlərdə hava nəqliyyatı yeni mərhələyə keçəcək.
//Nəzər.Media
