Yunan mediası Türkiyənin Avropa təhlükəsizlik sistemində getdikcə daha mərkəzi rol oynadığını yazıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Yunan mediasında bildirilir ki, Avropa ölkələri müdafiə və təhlükəsizlik sahəsində Ankaraya daha çox yönəlir.
Analizlərdə Türkiyənin həm NATO daxilində, həm də regional siyasətdə vacib gücə çevrildiyi vurğulanır. Xüsusilə PUA texnologiyaları və müdafiə sənayesindəki inkişaf Avropanın diqqətini çəkib. Bu dəyişikliklərin Yunanıstan üçün strateji narahatlıq yaratdığı qeyd olunur.
//Nəzər.Media
