Rusiyanın paytaxtı Moskvada mobil internet və SMS xidmətlərinə çıxışın kəsildiyi bildirilir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, kabel internet bəzi ərazilərdə işləməyə davam edir.
Rəsmilər bu məhdudiyyətlərin 9 May Qələbə Günü tədbirləri ilə bağlı təhlükəsizlik məqsədi daşıdığını açıqlayıb. Şəhərdə daha əvvəl də oxşar internet fasilələri yaşanmışdı. Son günlər Ukraynanın PUA hücumlarının artması bu məhdudiyyətlərə təhlükəsizlik üçün əsas verir.
//Nəzər.Media
