Analizlərə görə Çin, İran-ABŞ gərginliyindən həm siyasi, həm də iqtisadi üstünlük qazanmağa çalışır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Pekin bir tərəfdən İranı danışıqlara təşviq edir, digər tərəfdən isə ticarət əlaqələrini davam etdirir.
ABŞ isə Çin şirkətlərinin İranın hərbi ehtiyaclarına dolayı dəstək verdiyini iddia edir. Bu vəziyyət Vaşinqton və Pekin arasında yeni diplomatik gərginlik yaradır. Ekspertlər Çin siyasətinin əsas məqsədinin enerji və ticarət maraqlarını qorumaq olduğunu bildirir.
//Nəzər.Media
