Belçikada bir uşaq bağçasında körpəyə qarşı zorakılıq hadisəsi qeydə alınıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə 2023-cü ildə Şərqi Flandriya bölgəsində baş verib.
6 aylıq körpədə sarsılmış körpə sindromu aşkar edilib. Araşdırmalara zamanı körpə baxıcısı uşağı silkələdiyini etiraf edib. Məhkəmə ona şərti həbs cəzası və maddi təzminat qərarı verib. Bağça isə bu qərardan sonra tamamilə bağlanıb.
//Nəzər.Media
