Ağ Evə yaxın ərazidə atəş səsləri eşidilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə İndependens küçəsi ilə 15-ci küçənin kəsişməsində baş verib.
Təhlükəsizlik xidməti jurnalistləri ehtiyat məqsədi ilə bir otağa toplayıb. Qısa müddətdən sonra təhlükə olmadığı bildirilib və həyəcan vəziyyəti ləğv edilib. ABŞ Gizli Xidməti bir şəxsin güllələndiyini və vəziyyətinin araşdırıldığını açıqlayıb.
//Nəzər.Media
