İspaniya İsrailin saxladığı vətəndaşı ilə bağlı etiraz edib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki. Madriddə İsrailin diplomatik nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb.
İspaniya tərəfi saxlanma müddətinin uzadılmasını qəbuledilməz adlandırıb.
Qeyd edək ki, İsrail İspaniya vətəndaşı Saif Əbu Keşeki beynəlxalq sularda keçirilən əməliyyat zamanı saxlayıb. Hadisə iki ölkə arasında siyasi gərginliyi daha da artırıb.
//Nəzər.Media
