Çində sabiq müdafiə nazirləri barədə hökm çıxarılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Vey Fenqhe və Li Şanqfu rüşvətdə təqsirli bilinib.
Məhkəmə onlara iki il təxirə salınmış edam cəzası verib. Həmçinin onların əmlaklarının müsadirəsinə qərar çıxarılıb.
Çində ordu daxilində korrupsiyaya qarşı əməliyyatlar hələ də davam edir.
//Nəzər.Media
