Pakistanda terror aktı baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Hayber Paxtunxva əyalətində baş verib.
Terror aktı zamanı polis məntəqəsinə silahlı hücum olub. Hadisə zamanı 15 təhlükəsizlik əməkdaşı həlak olub. Daha 3 nəfərin yaralandığı açıqlanıb.Yaralılar dərhal xəstəxanaya yerləşdirilb. Hücumdan sonra ərazidə geniş əməliyyat başlayıb. İlkin məlumata görə, partlayışda böyük həcmdə partlayıcı istifadə edilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
//Nəzər.Media
