Türk Hava Yollarının İstanbul–Katmandu reysini yerinə yetirən təyyarəsində nasazlıq baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, enişdən sonra təyyarənin təkərlərindən tüstü çıxdığı görülüb.
Sərnişinlər təhlükəsizlik məqsədilə təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin məlumata görə, problem hidravlik borudakı nasazlıqdan yaranıb.
//Nəzər.Media
