Belçika Kraliçası Mathilde İstanbulda keçirilən biyofarma toplantısına qatılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tədbirdə Türkiyə və Belçikadan elm və səhiyyə nümayəndələri iştirak edib.
Görüşdə nadir xəstəliklər və yeni müalicə üsulları müzakirə olunub.Belçikanın biyofarmasiya sahəsində Avropanın əsas mərkəzlərindən biri olduğu vurğulanıb.Toplantıda iki ölkə arasında səhiyyə əməkdaşlığının genişləndirilməsi məsələsi də önə çəkilib.
//Nəzər.Media
