ABŞ administrasiyası Qrenlandiyada yeni hərbi bazalar yaratmaq istəyir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Vaşinqton bu məsələ ilə bağlı Danimarka ilə danışıqlar aparır.
Yeni bazaların Çin və Rusiyanın bölgədəki fəaliyyətini izləməsi planlaşdırılır.Ağ Ev görüşlərin davam etdiyini açıqlayıb. Qrenlandiya rəhbərliyi isə əvvəlki açıqlamalara sərt etiraz etmişdi.
//Nəzər.Media
