• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı: “XDS Astana”dan 2 fəxri kürsü-FOTOLAR

12 May, 26 / 18:49
A A
Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı: “XDS Astana”dan 2 fəxri kürsü-FOTOLAR

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında 3-cü mərhələ başa çatıb. Bu yarış günündə velosipedçilər Qəbələdən Mingəçevir şəhərinədək 162,9 km məsafə qət ediblər. Mərhələ daha çox sprint təsnifatı ilə seçilib və ən sürətli velosipedçilər arasında liderin dəyişməsi ilə yadda qalıb.

3-cü yarış gününün qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Qleb Siritsa olub – o, 3 saat, 26 dəqiqə, 43 saniyə göstərici ilə finiş xəttini birinci keçib. Xatırladaq ki, 2-ci mərhələnin qalibi “XDS Astana”nın digər velosipedçisi Yevgeni Fyodorov olmuşdu.

Belçikanın “Tarleltto-Izorex” kontinental komandasının üzvü Timoti Düpon bu mərhələdə 2-ci, Tailandın “Roojai Insurance Winspace” kontinental klubunun təmsilçisi David Kristian Pita isə 3-cü nəticə göstərib.

3 mərhələdən sonra “XDS Astana”nın üzvü Yevgeni Fyodorov ümumi təsnifatda liderliyini və “Silkway West Airlines” tərəfindən təqdim olunan mavi köynəyi özündə saxlayır. “Sea Breeze” tərəfindən təqdim edilən və ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl köynəyi isə bu komandanın digər üzvü, 3-cü mərhələnin qalibi Qleb Siritsa ələ keçirib.

Belçikanın “Tarteletto-Izorex” kontinental klubunun velosipedçisi Lennert Tögelz Azərbaycan Hava Yollarının təqdim etdiyi qırmızı rəngli dağ lideri formasını, İspaniyanın “Equipo Kern Pharma” pro-kontinental komandasının üzvü İker Qomez isə “Azvirt” tərəfindən təqdim olunan və ən yaxşı gənc velosipedçiyə verilən ağ köynəyi özündə saxlayıb.

Fərqlənən velosipedçilərə mükafatları Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov təqdim ediblər.

Sabah keçiriləcək 4-cü mərhələdə velosipedçilər Gəncə – Göygöl – Goranboy – Ağdərə (Suqovuşan və Talış kəndləri) – Naftalan marşrutu üzrə hərəkət edərək 152,8 km məsafə qət edəcəklər.

 

Previous Post

Kraliça Matilda İstanbulda

Next Post

Fidan: "Hörmüz açılmalıdır"

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.