Türkiyənin xarici işlər naziri Hakan Fidan Hörmüz boğazının açıq qalmasının vacib olduğunu bildirib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Fidan müharibənin bölgəyə və dünya iqtisadiyyatına zərər verdiyini deyib.
Fidan ABŞ və İran arasında danışıqların davam etdiyini vurğulayıb.Nazir hər iki tərəfin savaşın dayanmasını istədiyini qeyd edib.
Fidan İsrailin siyasətini də bölgə üçün təhlükə adlandırıb.
//Nəzər.Media
