Hörmüz boğazından keçən dənizaltı internet kabelləri yenidən diqqət mərkəzinə düşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İran mediası bu xətlərin strateji əhəmiyyət daşıdığını bildirib.
Məlumata görə, kabellər Asiya, Avropa və Afrikanı birləşdirən əsas rəqəmsal şəbəkənin hissəsidir. Ekspertlər mümkün problem zamanı internet sürətinin zəifləyə biləcəyini açıqlayıb. Xüsusilə bank, enerji və süni intellekt sahələrinin risk altında olduğu qeyd edilib.
//Nəzər.Media
