Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə sazişinin genişlənməsi müzakirə olunur. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Pakistanın müdafiə naziri Kavaya Asif Türkiyə və Qətərin də bu razılaşmaya qoşula biləcəyini bildirib.
Onun sözlərinə görə, bu addım bölgədə təhlükəsizlik və əməkdaşlığı gücləndirə bilər. Saziş tərəflərdən birinə hücumu hər iki ölkəyə qarşı hücum hesab edir. Türkiyənin iştirakı ilə bağlı danışıqların davam etdiyi qeyd olunub.
//Nəzər.Media
