İsrail ordusu Qəzzadan saxlanılan 7 fələstinlini sərbəst buraxıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onlar Qırmızı Xaç Komitəsinin əməkdaşları vasitəsilə bölgəyə qaytarılıb.
Azad edilən şəxslər Qəzzanın mərkəzində yerləşən xəstəxanaya aparılıb. Onlara xəstəxanada ilkin yardım göstərilib.. Hadisə Kerem Əbu Salim sərhəd keçidində baş verib.
//Nəzər.Media
