Nikole Kidmanın qatıldığı hərrac gecəsində rekord satış qeydə alınıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Kristes tərəfindən Nyu-Yorkda təşkil olunan tədbirdə ümumilikdə 1,1 milyard dollarlıq satış edilib.
Gecənin ən bahalı əsəri Cakson Pollockın “Number 7A, 1948” tablosu olub. Əsər 181,2 milyon dollara satılıb. Nikole Kidmanın tanıtdığı “Danaide” əsəri isə 107,6 milyon dollara alıcı tapıb.
//Nəzər.Media
