ABŞ və İran arasında 60 günlük atəşkəs razılaşmasının bu gün elan oluna biləcəyi bildirilir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ mediası razılaşmanın bir neçə vacib şərti əhatə etdiyini yazıb.
Sənəddə Hörmüz boğazında təhlükəsizlik məsələlərinin yer aldığı qeyd olunur. İranın nüvə fəaliyyəti ilə bağlı da yeni şərtlərin müzakirə edildiyi deyilir. Razılaşmada Livanda İsrail hücumlarının dayandırılması məsələsi də var.
//Nəzər.Media
