ABŞ ilə İsrail arasında İran məsələsində fikir ayrılığı yarandığı bildirilir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə “New York Times” yazıb.
Vaşinqton artıq Təl-Əvivi əsas qərarlardan kənarda saxlayır. Donald Trampın diqqəti hazırda Körfəz bölgəsində sabitliyə yönəlib. İsrailin isə atəşkəs danışıqları barədə birbaşa məlumat ala bilmədiyi qeyd olunub. ABŞ-İran xəttində mümkün razılaşma Təl-Əvivdə narahatlıq yaradıb.
//Nəzər.Media
