“Eyfel” qülləsinə aid tarixi pilləkən hissəsi Parisdə hərraca çıxarılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, 14 pillədən ibarət olan hissə 450 min avroya satılıb.
Ekspertlər əvvəlcə daha aşağı qiymət gözləyirdi. Pilləkən 1889-cu ilə aid nadir tarixi eksponat hesab olunur. Orijinal hissələrin bir qismi hazırda müxtəlif ölkələrdə nümayiş etdirilir.
//Nəzər.Media
