Vaşinqtonda Ağ Ev yaxınlığında silahlı insident baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı onlarla atəş səsinin eşidildiyi bildirilir.
Gizli Xidmət hücum edən şəxsə cavab atəşi açıb. 21 yaşlı şübhəli xəstəxanada ölüb. Hadisədən sonra Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib.
//Nəzər.Media
