ABŞ-nin sabiq prezidenti Barak Obama dövründə istifadə olunan rəsmi Ağ Ev hesabı kibermüdaxiləyə məruz qalıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hesabda icazəsiz paylaşımlar edilib.
Paylaşımlardan birində Qasım Süleymani ilə bağlı görüntülər yer alıb. Sosial şəbəkənin sahibi olan Meta hesabın təhlükəsizliyinin bərpa edildiyini açıqlayıb. Hadisəni törədən şəxslərin kimliyi hələ məlum deyil.
//Nəzər.Media
