Yaponiyada tayfun fəsadlara səbəb olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Okinava adasına yaxınlaşan “Canqmi” tayfunu həyatı iflic edib.
Təbii fəlakət iki nəfərin xəsarət almasında səbəb olub. Ölkədə 560-dan çox aviareys ləğv olunub. Minlərlə ev elektrik enerjisiz qalıb. Rəsmilər daşqın və torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.
//Nəzər.Media
