Rusiya-Ukrayna müharibəsi öz şiddəti ilə davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, dünən gecə Kiyev şəhəri güclü bombardımana məruz qalıb.
Bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib. Şəhərin müxtəlif bölgələrində yanğınlar qeydə alınıb.Bəzi binalar və tibb müəssisəsi zərər görüb.Hücum nəticəsində 4 nəfər ölüb, 51 nəfər yaralanıb.
//Nəzər.Media
