İsrail parlamentində hökumətin buraxılması və erkən seçki ilə bağlı ilkin səsvermə qəbul edilib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Benyamin Netanyahu rəhbərliyindəki hökumətə dair qərar ilk mərhələdən keçib.
Seçki tarixinin 8 sentyabr ilə 20 oktyabr aralığında olması gözlənilir.Son qərar üçün ikinci və üçüncü səsvermə mərhələləri qalır.
Qeyd edək ki, Donald Tramp ilə Netanyahu arasında telefon danışığında gərginlik yaşandığı bildirilir.
//Nəzər.Media
