• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“Talassemiyalı Pasiyentlər üçün Yay Məktəbi” layihəsi keçirildi-FOTOLAR

03 İyun, 26 / 11:53
A A
“Talassemiyalı Pasiyentlər üçün Yay Məktəbi” layihəsi keçirildi-FOTOLAR

01 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Azərbaycan Talassemiya Federasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Talassemiyalı Pasiyentlər üçün Yay Məktəbi” layihəsi keçirilib.

Nəzər.Media xəbər verir ki, layihə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edib və əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaq, yeniyetmə və gənclərin tibbi savadlılığının artırılması, onların sağlamlıqla bağlı məlumatlandırılması və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi olub.
Tədbir çərçivəsində iştirakçılar üçün talassemiyanın düzgün idarə olunması, müalicə prosesi, sağlam qidalanma, psixoloji dəstək və sağlam həyat tərzi mövzularında maarifləndirici təlimlər təşkil edilib. Layihədə iştirak edən Azərbaycan Talassemiya Federasiyasının sədri Nailə Quliyeva çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya talassemiyalı pasiyentlərə göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycanda talassemiya sahəsində həyata keçirilən mühüm layihələr, Talassemiya Mərkəzinin fəaliyyəti, müasir müalicə imkanlarının yaradılması və pasiyentlərə göstərilən sosial dəstək dövlət qayğısının mühüm nümunəsidir.
Yay məktəbi çərçivəsində müxtəlif sahələr üzrə mütəxəssislərin təqdimatları, maarifləndirici sessiyalar və interaktiv görüşlər keçirilib. İştirakçılar həm sağlamlıqlarının qorunması, həm də sosial bacarıqlarının inkişaf etdirilməsi istiqamətində faydalı məlumatlar əldə ediblər.
Tədbir zamanı layihədə iştirak edən uşaq, yeniyetmə və gənc pasiyentlər qarşıdan gələn 14 İyun – Ümumdünya Qan Donorları Günü münasibətilə onların həyatlarının qorunmasında mühüm rol oynayan daimi qan donorlarına təşəkkür mesajları hazırlayıblar. Pasiyentlər kətan lövhələr üzərində rəngli boyalarla çəkdikləri rəsmlər və yazdıqları fərdi mesajlarla donor əməyinə dəyər verdiklərini ifadə ediblər.
Qeyd edək ki, “Talassemiyalı Pasiyentlər üçün Yay Məktəbi” layihəsi talassemiyalı şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, onların sosial fəallığının artırılması və xəstəliklə mübarizədə motivasiyasının gücləndirilməsi ilə yanaşı, cəmiyyətin diqqətini bu sahədə mövcud problemlərə yönəltmək və ictimai məlumatlılığı artırmaq baxımından da mühüm əhəmiyyət daşıyır.

Previous Post

ABŞ-dən yeni nüvə planı

Next Post

Trampdan Netanyahuya sərt xəbərdarlıq

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.