ABŞ-nin NATO-nun nüvə paylaşımı proqramını genişləndirməyi nəzərdən keçirdiyi bildirilir.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bəzi Avropa ölkələri nüvə imkanlı təyyarələrə ev sahibliyi edə bilər.
Xüsusilə Polşa və Baltikyanı ölkələrinin bu məsələyə maraq göstərdiyi qeyd olunur. Mövzu ilə bağlı müzakirələr NATO çərçivəsində davam edir. Hazırda proqram bir neçə Avropa ölkəsini əhatə edir.
//Nəzər.Media
