Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İndoneziyaya rəsmi səfər edib. Nəzər.Media Türkiyənin “Hürriyə” qəzetinə istinadən xəbər verir ki, Fidan İndoneziyanın Prezidenti Prabovo Subianto tərəfindən qəbul olunub.
Görüşdə müdafiə sənayesi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq müzakirə edilib. Tərəflər ticarət dövriyyəsinin artırılması ilə bağlı layihələri də nəzərdən keçiriblər. Regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
//Nəzər.Media
