İtaliyanın Cosenza bölgəsində yanmış avtomobildə 4 nəfərin meyiti tapılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onların pakistanlı miqrant kənd təsərrüfatı işçiləri olduğu müəyyən edilib.
Hadisə ilə bağlı 2 nəfər saxlanılıb. İstintaq qəsdən çoxsaylı qətl maddəsi ilə aparılır. Sağ qalan şəxsin sözlərinə görə, şübhəlilər işçiləri daha çox işləməyə məcbur edir və əməkhaqlarını vermirdilər.
//Nəzər.Media
