Yunanıstanda kənd təsərrüfatı subsidiyaları ilə bağlı korrupsiya araşdırması aparılır.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 13 nəfər saxlanılıb.
Onların təxminən 2,5 milyon avro məbləğində qanunsuz gəlir əldə etdiyi iddia olunur. Saxlanılanlar Kozani və Aqrinio şəhərlərində müəyyən edilib. Bu ilin may ayında da oxşar ittihamlarla 20 nəfər tutulmuşdu.
//Nəzər.Media
