İsraildə pilotsuz uçuş aparatlarının hücumları artıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu səbəbdən erkən xəbərdarlıq üçün xüsusi təlim keçmiş itlərdən istifadə planı hazırlanıb.
Layihə çərçivəsində itlər PUA-ların səsini əvvəlcədən müəyyən etməyə öyrədiləcək. Təhlükə zamanı onlar təhlükəsizlik qüvvələrinə xəbər verəcəklər. Layihənin xüsusilə gecə saatlarında faydalı olacağı bildirilir.
//Nəzər.Media
