Sloveniya İsrailin “Israir” hava yollarına məxsus təyyarənin Lyublyanaya enişinə icazə verməyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təyyarə daha sonra Xorvatiyanın Zaqreb şəhərinə yönləndirilib.
İsrail şirkəti qərarın siyasi səbəblərlə verildiyini iddia edib. Məsələ ilə bağlı İsrail tərəfi Sloveniyaya etirazını bildirib. Sloveniya hakimiyyəti isə hələlik rəsmi açıqlama verməyib.
//Nəzər.Media
