Albaniyada lüks turizm layihəsi etirazlara səbəb olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, paytaxt Tiranada minlərlə insan küçələrə çıxıb.
Polis nümayişçilərə su şırnağı ilə müdaxilə edib. Etirazçılar layihənin təbiətə zərər verəcəyini bildiriblər. Hökumət isə layihənin qanuni olduğunu açıqlayıb.
//Nəzər.Media
